INTERNATIONAL ESL CONFRENCE 2025
25 Noyabr 2025
226 baxış
“INTERNATIONAL ESL CONFERENCE 2025” üçün dizayn işləri təhvil verildi – Konfrans 29 noyabrda keçiriləcək
BakuArt.az tərəfindən hazırlanan INTERNATIONAL ESL CONFERENCE 2025 tədbirinin bütün dizayn işləri uğurla yekunlaşdırılaraq təşkilatçılara təhvil verilib. Bu il beynəlxalq miqyasda keçiriləcək konfrans 29 noyabr 2025-ci il tarixində Bakı şəhərində, Azərbaycan Dillər Universitetində baş tutacaq.
Konfransda müxtəlif ölkələrdən gələn dil mütəxəssisləri, ESL (English as a Second Language) üzrə tədqiqatçılar, müəllimlər və tələbələr bir araya gələrək ingilis dilinin tədrisi sahəsində yenilikləri, tədris metodlarını və elmi araşdırmaları müzakirə edəcəklər.
Tədbirdə iştirak edə bilməyənlər üçün xüsusi imkan yaradılıb: konfransı canlı yayım vasitəsilə izləmək mümkün olacaq. Canlı yayım linki tədbir günü ictimaiyyət üçün açıqlanacaq.
BakuArt.az nümayəndələri qeyd ediblər ki, konfransın vizual kimliyi modern, dinamik və beynəlxalq ruhu əks etdirən üslubda hazırlanıb və tədbirin ümumi konsepsiyasına tam uyğunlaşdırılıb.
“INTERNATIONAL ESL CONFERENCE 2025” ölkədə dil tədrisi və beynəlxalq elm əməkdaşlığı sahəsində ən önəmli tədbirlərdən biri kimi gözlənilir.