Haqqımızda
BakuArt – yaradıcı düşüncəni, innovativ texnologiyaları və müasir vizual həlləri bir araya gətirən dizayn və incəsənət platformasıdır. Məqsədimiz dizaynerlərin, rəssamların və vizual sənət sahəsində fəaliyyət göstərən bütün yaradıcı insanların işini daha əlçatan, daha peşəkar və daha təsirli şəkildə təqdim etməsinə şərait yaratmaqdır.
Platformamız dizaynerlər üçün pro modellərin, renderlərin və VR 360 formatında hazırlanmış layihələrin interaktiv formada müştərilərə təqdim edilməsini mümkün edir. Bu yanaşma həm müştəri təcrübəsini gücləndirir, həm də dizaynerlərin öz işlərini daha realistik və dinamik şəkildə nümayiş etdirməsinə şərait yaradır.
Bununla yanaşı, Bakuart media və dizayn xidmətləri çərçivəsində brendlərin vizual kimliyinin qurulması, reklam materiallarının hazırlanması, foto və video çəkilişlər, qrafik və rəqəmsal dizayn həlləri təklif edirik.
BakuArt həm də incəsənətin inkişafına dəstək göstərməyi hədəfləyir. Bu məqsədlə:rəssam və dizaynerlərin iştirakı ilə sərgilər təşkil edir,
yaradıcı şəxslərlə müsahibələr və reportajlar hazırlayır,incəsənət ictimaiyyətini bir araya gətirən müxtəlif layihələr həyata keçirir.
Bizim üçün BakuArt sadəcə platforma deyil — sənət və dizaynın birləşdiyi, istedadların özünü ifadə etdiyi yaradıcı bir məkandır.

Son yenilənmə: 16 Dekabr 2025