Bakıda “Vision Board” mövzusunda master-klass keçiriləcək

22 Dekabr 2025 208 baxış
Bakıda “Vision Board” mövzusunda master-klass keçiriləcək
Bakıda “Vision Board” mövzusunda master-klass keçiriləcək
28 dekabr 2025-ci il tarixində Bakıda şəxsi inkişaf və məqsəd planlamasına həsr olunmuş “Vision Board” mövzusunda master-klass təşkil ediləcək.
Tədbir saat 11:00-da, İçərişəhər ərazisində, Səadət Sarayının yaxınlığında keçiriləcək. Master-klass çərçivəsində vision board metodunun mahiyyəti, məqsədlərin düzgün vizuallaşdırılması, motivasiyanın artırılması və şəxsi inkişafda bu yanaşmanın əhəmiyyəti barədə ətraflı məlumat veriləcək. Praktiki hissədə isə iştirakçılar öz fərdi vision board-larını hazırlamaq imkanı əldə edəcəklər.
Tədbir şəxsi inkişaf və məqsəd planlamasına maraq göstərən hər kəs üçün nəzərdə tutulub.
Master-klassın təşkilatçıları Nira Narmin & Ira-dır.
Əlavə məlumat və qeydiyyat üçün əlaqə nömrəsi: 055 503 68 21.
Xəbərlərə qayıt